Restoranda güclü yanğın – Göygöldə / FOTOLAR

Göygöldə restoranda yanğın baş verib. 

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunun Topalhəsənli kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 50 m² sahədə və 1 ədəd generator yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.