Restoranda qumar oynayanlar tutulub

Arrest_040209Bakıda restoranda qumar oynayanlar tutuldular.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 26-sı saat 03 radələrində Azadlıq prospektində yerləşən restoranda Bakı şəhər sakinləri Xəqani Hümbətov, Mahir Xudiyev və Lənkəran şəhər sakini Rəşad Cəfərov qumar oynadıqlarına görə Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırma aparılır. (trend.az)