Restoranda silahlı dava – Yaralılar var

İstanbulda restoranda qanlı dava baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Büyükçekmece rayonunda yerləşən restoranların birində mübahisə davaya çevrilib.

Dava zamanı bıçaqlanma olub və silahla atəş açılıb.

Hadisə nəticəsində bir nəfər silahla, digəri isə bıçaqla yaralanıb.

Yaralılar təcili yardım maşını ilə özəl xəstəxanaya çatdırılıb.