Restoranda yıxılaraq öldü – Sabirabadda

Sabirabad rayonunda yerli sakin restoranda bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə “Ana Kür” restoranında baş verib.

Belə ki, rayonun Surra kənd sakini, 1965-ci il təvəllüdlü Usubəli Heydərəli oğlu Cəfərov başına restoranda dəmir parçası düşməsi nəticəsində ölüb.

Məlumata görə, U.Cəfərov həmin restoranda elektrik montyoru işləyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

COP29