Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Restorandan ölü siçanlar tapıldı – Rəzalət-Bakıda-Fotolar

IMG_3820_5487e8ca3950d (2)Yenicag.az Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən daxil olan xəbərə görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev ev məh 547 ünvanında yerləşən əhaliyə ictimai iaşə xidməti göstərən “Turka” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirmişdir.

Yoxlama zamanı məlum olmuşdur ki, müəssisədə bir sıra yeyinti məhsullarının, alkoqolsuz içkilərin, hazır məhsulların qablaşdırılmasında istifadə olunan kağız örtüklərin, polietilen torbaların saxlandığı anbar gəmiricilərlə çirklənmişdir. Belə ki, həmin sahəyə baxış zamanı gəmiricilərdən olan siçan ölüləri aşkar edilmişdir. Anbarda mal qonşuluğu qaydalarına da riayət edilmir, kömür, alkoqolsuz içkilər, inventarlar mal qonşuluğu gözlənilmədən eyni sahədə saxlanılır. Qeyd edək ki, bu anbarda saxlanılan qablaşdırma materialları hazır məhsulların realizasiyası zamanı istifadə edilir və məhsullarla birbaşa təmasda olur. Hazırlanan yeməklər müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji təlimatlar və resepturalar olmadan hazırlanır, hazırlanan salatların, lülə və tikə kabab üçün hazırlanmış yarımfabrikatların saxlanıldığı soyuducuların termotənzimləyiciləri olmadığından onların saxlanma rejimlərinə nəzarət edilmir, hazırlanmış məhsulların hazırlanma tarixi və vaxtı barədə heç bir qeydiyyat aparılmır. Pide və lahmacun hazırlanmasında istifadə olunan ət qiyməsinin saxlanma müddəti 2-6 dərəcə temperaturda 6 saat olduğu halda müəssisədə buna əməl edilmir, istifadə olunan ədviyyatlar üzərində həmin məhsul barədə məlumat olmayan plastik qablarda saxlanılır ki,bununla da məhsulun yararlılıq müddətinin müəyyən edilməsi mümkün olmur. Bundan başqa yeyinti məhsullarının emalı zamanı istifadə olunan kəsici alətlərin və altlıq lövhələrin üzərində hansı məhsulun doğranılmasında istifadə olunması barədə yarlıqlar mövcud deyil və müəssisədə çalışan işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmələri barədə sənədlər yoxlamaya təqdim edilməmişdir.

Həmçinin müəssisədə hazırlanan paytaxt və mimoza salatlarının sınaqlarının nəticələrinə əsasən, salatların tərkibində maya göbələklərinin sayının normativ sənəddə nəzərdə tutulandan 4 dəfə artıq olduğu aşkar edilmişdir.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar qəbul edilmişdir.

Adı çəkilən restoranın da mövqeyini yayınlaya bilərik.

www.yenicag.az

502