!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsul Quliyevin saxtakarlıq iddiasına deputatdan cavab - "Cəfəngiyyatdır"

!Reklam – Yazi

Milli Məclisin sabiq sədri Rəsul Quliyev verdiyi müsahibədə Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkilərini şübhə altına alıb. Rəsul Quliyev iddia edib ki, Əbilfəz Elçibəy prezident seçilən zaman səslərin 50%-i saxtalaşdırılıb.

Milli Məclisin sabiq sədrinin səsləndirdiyi fikirlərə millət vəkili Fazil Mustafa Yenicag.az-da cavab verib:

“Rəsul Quliyev hansısa seçki məntəqəsində, seçki dairəsində olmayıb. Adama deyərlər ki, əlində bir sənəd varsa, ortaya qoy. Bu qədər səviyyəsiz, bu qədər heç bir mətləbə dəxli olmayan iddialarla çıxış etmək hansısa bir şəkildə doğru anlaşılan yanaşma deyil. 50% ? Elə bil pul sayır. Nə bilirsən 50% saxtakarlıq olub? Belə bir məsələni qabartmaq üçün ortaya protokollar qoyulmalıdır və göstərilməlidir ki, bu sənədləşmələrdə saxtakarlıq edilib. Seçki necə 50% saxtakarlaşdırılıb ki, Əbülfəz Elçibəy 52% səs toplayıb. Bu, gülüş doğurur. Əbülfəz Elçibəy 100% səs almayıb ki, bunun 50%-i saxtakarlaşdırılsın. O dövrki mənzərəyə baxsaq, Xalq cəbhəsinin namizədindən parlaq heç bir namizəd yox idi. İkinci namizəd 33% səs almışdı. Əgər seçki saxtalaşdırılsaydı ikinci namizəd niyə 33% səs alırdı? Bu qədər uyğunsuz, yaraşmayan formada versiyalar irəli sürülür ki, adam təəssüflənir. Əgər 10-15% deyərdisə, bu, haradasa inandırıcı ola bilərdi. Ancaq bu da doğru deyil. Dövrün reallığı o idi ki, nə AXC-dən güclü təşkilat vardı, nə də onun liderinə müqavimət göstərəcək xüsusi bir lider”.

Rəsul Quliyevin ittihamlarını “gülünc” adlandıran millət vəkili qeyd edib ki, daha fərqli bir şeylərlə gündəmə gəlmək lazımdır:

“Məncə, Azərbaycanın gələcəyi, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı konkret proqramlarla gündəmə gəlmək ciddi siyasətçiyə daha çox yaraşan bir addımdır. Keçmişlə bağlı mənasız bir sensasiya xatirinə fikir açıqlamaq ciddi səslənmir. Əgər əlində hansısa protokol varsa, yayımlasın. Bir fakt göstərsin. Təbii ki, Rəsul Quliyevin əlində heç bir fakt yoxdur. İstisna etmirəm ki, 3-5 dairədə hansısa problemlər olsun, bu, bütün seçkilərdə olur. Total saxtakarlıq isə qətiyyən ola biməzdi. Seçkilərdə birinci ilə ikincinin səs faizi arasındakı fərqə baxsa onda anlayar ki, normal, demokratik seçki keçirilib”.

Səxavət Məmməd

www.yenicag.az

2627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv