Rəvanə Əliyeva tədbirə buraxılmayıb – Koronavirus şübhəsinə görə

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva dünən keçirilən Operativ Qərargahın brifinqinə buraxılmayıb.

Yenicag.az Musavat.com-a istinadla xəbər verir ki, tədbir işçilərinin girişdə qızdırması ölçülən zaman Rəvanə Əliyevanın temperaturu yüksək olub.

R.Əliyeva təkrar yoxlamadan keçirilib və qızdırması yüksək olduğu üçün tədbirə buraxılmayıb.

Məlumata görə, Rəvanə Əliyevanın anası və daha bir neçə ailə üzvü koronavirusa yoluxub. Onlar karantinə alınıblar.

Rəvanə Əliyevanın özünə gəldikdə isə onun hələ koronavirusa yoluxduğu təsdiq edilməyib. Məlumatlara görə, onun koronavirusla bağlı verdiyi test neqativ çıxıb.