Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

REYD: 70 sürücü saxlanıldı, 43-ü barəsində protokol tərtib edildi - FOTO

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun Xudat şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenicag.az-a verilən məlumata görə, reyd zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı 70 sürücü saxlanılıb, 43 sürücü barəsində protokol tərtib edilib.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.

www.yenicag.az

3643
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM