!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Reyd keçirildi - 5000 cərimə

!Reklam – Yazi

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması yoxlamaq məqsədilə reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında diametri 4-8 sm olan 2 Aylant və diametri 10 sm olan 1 söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacların Bakı şəhər sakini Orduxan Bəylərov tərəfindən kəsildiyi və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

Eyni zamanda Suraxanı rayonu, A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkar edilib. Araşdırma zamanı Eldar şamı ağacının Bakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadan qanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub.

www.yenicag.az

3476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv