!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

REYD: Qaydaları pozan 21 velosipedçi cərimələndi

!Reklam – Yazi

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb.

Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv