!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Reyestrdən keçmək media qurumunun ciddiliyinə dəlalət edir” - Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Dövlət qurumları, özəl müəssisələr Media Reyestrindən keçmiş media subyektləri ilə əməkdaşlıq prosesində süründürməçiliyə, ayrı-seçkiliyə yol verməməlidir”.

Bunu Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Media Reyestrindən keçərkən hər hansı texniki problemlə üzləşmədik:

“Belə demək mümkündürsə, sistem saat kimi işləyir. Buna görə MEDİA-nın rəhbərliyinə təşəkkür düşür. Media Reyestrindən keçməyin hansı üstünlük qazandıracağını zaman göstərəcək. Saytlar bu mərhələni keçməklə qanun çərçivəsində fəaliyyət göstərdiklərini, əməkdaşları ilə müqavilə imzaladıqlarını, sosial ödənişləri vaxtlı-vaxtında etdiklərini və s. təsdiqləmiş olurlar.

Məncə, Media Reyestrindən keçmək media qurumunun ciddiliyinə dəlalət edir. Dövlət qurumları, özəl müəssisələr Media Reyestrindən keçmiş media subyektləri ilə əməkdaşlıq prosesində süründürməçiliyə, ayrı-seçkiliyə yol verməməlidir.

Hesab edirəm ki, dövlət KİV-lərin, xüsusilə də Media Reyestrindən keçmiş subyektlərin reklam bazarına çıxışına dəstək verməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv