!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reynaldo "Qarabağ"a qayıdır - Klubdan açıqlama

!Reklam – Yazi

Son Azərbaycan çempionu “Qarabağ” sabiq futbolçusu Reynaldonu yenidən heyətə cəlb etməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “sambaçı”nın transferinin gündəmdə olduğunu təsdiqləyib:

“Reynaldo bizim gündəmimizdədir. Amma onunla nə müqavilə imzalamışıq, nə də Bakıya gətirmişik. Hazırda azad agent statusu daşıyır. Bu baxımdan onun “Qarabağ”a keçidində hər hansı bir problem yoxdur. O, karyerasının ən yaxşı illərini “Qarabağ”da keçirib. Reynaldonun transferinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq”.

Emin Səfərov

www.yenicag.az

4866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv