!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşüb - FOTO

!Reklam – Yazi

Fotoqraf Reza Deqatinin dronu Şuşada çəkiliş apararkən naməlum əraziyə düşüb.

Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov Yenicag.az-a məlumat verib.

Z.Həsənov bildirib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Deqatinin dronu texniki səbəbdən naməlum əraziyə düşüb. Ötən gün ərzində dronun axtarışları aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib.

Dron ərazidən götürülərək R.Deqatiyə qaytarılıb.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv