Rezidentlərin təyinatının vaxtı dəyişdirildi

Noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə nazirliyin rəsmi saytında öncədən məlumat veriləcək.