Rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilib

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanda iştirak etmək üçün 1092 namizəd ərizə təqdim edib.

İmtahanın nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 15 dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.