Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirilib.

Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Sınaq imtahanı DİM-in Bakı şəhəri Nəsimi rayonu A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda 90 nəfər iştirak edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.