Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rezidenturaya qəbulun II mərhələsinə qeydiyyat başlayıb

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Yenicag.az xəbər verir ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Loading...

www.yenicag.az

5963
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100