Rezidenturaya qeydiyyat başa çatdı

Rezidenturanın boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı prosesi yekunlaşıb.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.