Bakıda təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Riçard Almeyda millinin hazırlıq prosesini tərk etməli olub. Buna səbəb yarımmüdafiəçinin zədəli olması göstərilir.
Azərbaycan millisi mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstanla yoldaşlıq oyunu keçirəcək.