Rihanna bu libasına görə peşman oldu – Fotolar

74640_7b6plwddmnMüğənni Rihanna “Vogue” jurnalının yeni sayı üçün fotokamera qarşısına keçib.

Eyni zamanda müsahibə verən barbadoslu ifaçı həmkarı Beyonsla münasibətlərinin korlanması haqda xəbərləri təkzib edib.

O, belə qalmaqallara münasibət bildirmək üçün vaxtının olmadığını deyib. Rihanna 2014-cu ildə geyindiyi transparan,230 min Svarovski qaşıyla bəzədilmiş paltar haqda da danışıb:

“O paltar o qədər ağır və dar idi ki, mən onun altından heç bir şey geyinə bilməzdim. İstidən boğulardım. O paltarm həyatımda peşman olduğum yeganə şeydir”.