Məşhur pop ulduzu Rihannanın 21 yaşlı əmisi oğlu Teyvon Keysin Alleyn silahlı hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb.
Onun sözlərinə görə, Alleyn və digər yaxınları ilə birlikdə Milad bayramını qeyd ediblər. Hadisə də şənlikdən bir neçə saat sonra baş verib.
O, xəstəxanaya çatdırılsa da, aldığı güllə yarasından bir neçə saat sonra dünyasını dəyişib.