Rihannadan xeyriyye konserti

reyhaneDünya ulduzu Rihanna xeyriyyə konserti verəcək.

Pop ifaçı konserti təsisçisi olduğu “The Clara Lionel Foundation” xeyriyyə Fonduna dəstək olaraq verəcək.

İlk konsert dekabrın 11-də Beverli-Hillsdə baş tutacaq. Xeyriyyə konsertində Rihanna ilə yanaşı digər ulduzlar da səhnəyə çıxacaq.

“The Diamont Ball” adlanan xeyriyyə konsertindən əldə olunan bütün vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə xərcləyəcək.

Qeyd edək ki, Rihanna nənə və babasının şərəfinə təsis etdiyi “The Clara Lionel Foundation” xeyriyyə fondu xərçəng xəstələrinə yardım edir.

(anspress.com)