!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Riyad Rəfiyev “Sumqayıt”ın prezidenti ola bilər

!Reklam – Yazi

Kamran Quliyevin “Sumqayıt”ın prezidenti postundan ayrılaraq “Neftçi”yə keçməsindən sonra boş qalan kresloya 3 namizəd var.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun illik hesabatı ilə bağlı keçirilən konfransdan sonra jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

O, namizədlərdən birinin AFFA-nın baş seleksiyaçı, milli komandaların meneceri Riyad Rəfiyevin olduğunu bildirib. Onun sözlərinə görə, Rəfiyev artıq “Sumqayıt”dan təklif alıb. Bundan başqa Məmmədov  AFFA-nın əvvəlki əməkdaşlarından və hazırkı rəsmilərindən birinə də təklif gəldiyini açıqlayıb.

Qeyd edək ki, Riyad Rəfiyev “Neftçi”nin mərhum prezidenti Rasim Rəfiyevin oğludur.

www.yenicag.az

3700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv