“Riyad”dakı yanğında iki nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Yenicag.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.