“Bu dəfə də seçicilərlə görüşümdə iştirak edən müəllimlərlə həmsöhbət olmaq imkanımız yarandı”.
Yenicag.az xəbər verir ki, bunu 49 saylı Abşeron 2-ci seçki dairəsindən deputatlığa namizəd Rizvan Nəbiyev bildirib.
“Təklif etdik ki, deputat seçiləcəyim təqdirdə mütəmadi olaraq məktəblərdə şagirdlərlə dialoqlar həyata keçirə bilərik. Düşünürəm ki, şagird-millət vəkili dialoqu bu istiqamətdə müsbət nəticələr verə bilər.
Pedoqoji fəaliyyətlə məşğul olduğumu nəzərə alsaq, müəllimlik mənim üçün həmişə doğma peşə olub. Bu müqəddəs peşənin sahiblərindən xeyir-dua almaq isə mənə əlavə ruh verir”, – deyə o qeyd edib.