Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan erməni polislər tərəfindən döyülüb.
Yenicag.az xəbər verir ki, bu barədə görüntüləri Ermənistan KİV yayıb.
***
12:36
Polis Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanı saxlayıb.
Yenicag.az “Aysor”a istinadən xəbər verir ki, hadisə İrəvanda davam edən aksiyalar zamanı baş verib.
Paytaxtın polis idarəsindən bildirilib ki, şəhərdə vəziyyət çox gərgindir.