!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Robert Prosineçki: "Şimali İrlandiya bizdən qorxmalıdır"

!Reklam – Yazi

Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi doğma meydanda Şimali İrlandiya yığmasını qəbul edəcək.

Yenicag.az xəbər verir ki, bu gün matçdan öncə Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamızın baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı keçirilib.

İlk öncə sabahkı oyun barədə fikirlərini bildirən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
“Bir aya yaxın təlim-məşq toplanışında olduq. İki hissəli məşq prosesi keçdik. Çox yaxşı hazırlaşmışıq. Bizim məşqimiz üçün hər cür şərait yaradılmışdı. Bunun üçün hər kəsə təşəkkürümü bildirirəm. İlk oyundakı məğlubiyyəti yaddan çıxarmamışıq. Sabah lazımi nəticəni əldə edib, azarkeşləri sevindirməyə çalışacağıq”.

– Hazırlıq müddətində yoxlama oyunu keçirməməyiniz komandaya necə təsir edəcək?

– Yoxlama görüşü olsaydı, daha yaxşı olardı. Amma rəqib tapa bilmədik. Futbolçuların durumu yaxşıdır. Hər bir futbolçu meydana çıxmağa hazırdı. Futbolda məğlubiyyət də olur, qələbə də
Çalışacağıq ki, qalib gələk.

– Rəqib komandanın baş məşqçisi qeyd etdi ki, millimizin oyunlarını izləyib, təhlil edib və komandamıza sürprizlər hazırlayıb. Sizin rəqibə sürpriziniz olacaqmı?

– Bu, çox xoş oldu ki, rəqib belə bir söz deyib, sevindirici haldır. Biz də rəqibi yaxşı analiz etmişik və sürprizimiz var. Amma bunu açıqlamayacam. Çox gözəl məşq prosesi keçmişik. Bu, bizə imkan verir ki, sabah yaxşı nəticə əldə edək.

– Bir çox futbolçular klub karyerasında uğurlu olsa da, millidə özünü göstərə bilmir. Sizcə, Riçard Almeyda millimizdə də “Qarabağ”dakı kimi uğurlu çıxış edə biləcəkmi?

– Öncədən fikir bildirə bilmərəm. Oyununu sabah görəcəyik. O, yaxşı futbolçudur. Məşqlərdə də özünü yaxşı cəhətdən göstərib. Almeyda artıq 6 ildir ki, Azərbaycandadır və eyni klubda oynayıb. Ümid edirəm ki, özünü yaxşı tərəfdən göstərəcək…

– Son 15 dəqiqədə heç-heçə olsa, 2 hüçumçulu sxemə keçəcəksinizmi?

– 2 hücumçunu meydana buraxmaqla bizim güclü olacağımızı heç kim bilə bilməz. Ehtiyatda olan futbolçularımız hər zaman meydana çıxa biləcək durumdadır. İndidən bunu deyə bilmərəm. Bu barədə oyunun gedişində qərar verəcəyəm.

– Sabah Renat Dadaşovu meydanda görə biləcəyikmi?

– Keçən dəfə də dediyim kimi, o, çox yaxşı oyunçudur. Gələcəkdə bizə böyük köməyi olacaq. Amma o sabahkı oyuna çıxmaq gücündə deyil. Onunla bağlı böyük planlarımız var.

– Şimali İrlandiya Riçard Almeyda və Ramil Şeydayevdən qorxmalıdırmı?

– Bəli, qorxmaq lazımdır. Almeyda sabah meydanda olacaq. Amma meydanda 11 nəfər futbolçumuz oynayacaq. Təkcə Almeydadan qorxmaq lazım deyil.

Emin Səfərov

Yenicag.az

 

www.yenicag.az

972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv