!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Roberto Karlosun yeni klubu

!Reklam – Yazi

Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos yenidən baş məşqçi kimi fəaliyyət göstərə bilər.

Yenicag.az xəbər verir ki, 44 yaşlı çalışdırıcıya Avstraliyanın ikinci liqasında çıxış edən “South Melbourne” klubundan təklif var.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Belə ki, sözügedən klub A Liqasında çıxış etmək üçün ölkənin futbol federasiyasına müraciət edib. Əgər klubun müraciətinə müsbət cavab verilsə, Karlosun təyinatı rəsmiləşəcək.

Qeyd edək ki, Avstraliyanın A liqasında komandalar sonuncu pilləni tutmalarına baxmayaraq, ikinci diviziona yuvarlanmırlar. 2018-2019 mövsümündə isə komandaların sayının 10-dan 12-yə artırılması planlaşdırılır.

Yenicag.az

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv