Robinyo Türkiyə klubunda

Braziliya millisinin sabiq üzvü Robinyonun yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, “sambaçı” karyerasını Türkiyədə davam etdirəcək.

O, Super Liqa təmsilçilərindən “Sivasspor”la anlaşıb.

Bu barədə məlumatı klubun baş məşqçisi Samet Aybaba bildirib. Onun sözlərinə görə, tərəflər arasında 1,5 illik sözləşmənin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Robinyo son olaraq Braziliyanın “Atletiko Mineiro” klubunda oynayıb.

COP29