Yeni yaranan robotlar bəşəriyyəti idarə edəcək.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, texnologiya mütəxəssislərinin fikrincə, onlar rahatlıqla insan düşüncələrini dəyişə və manipulyasiya edə biləcək.
Bildirilib ki, həmin robotlar indi sırf cəmiyyətə kömək etmək üçün yaradılsa da, bir neçə ildən sonra vəziyyət dəyişəcək.
“Google” şirkətinin keçmiş rəhbəri Mo Qavdat qeyd edib ki, süni intellekt radikal texnologiyaya çevriləcək:
“Bu indi olmasa da, bir neçə il ərzində ola bilər. Hətta Uill Smitin robot filmlərindəki distopik həyat tərzinə keçid edə bilərik. “ChatGPT” yeni yarananda hər kəs sevinirdi. Amma indi deyirlər ki, bir şey edək, insan əməyi azalır. Yaxın gələcəkdə hər kəs bunun fərqinə varacaq”.