Dünyada bir çox insanlar öz iş yerlərini robotlarla görə itirir, çox az bir qismi isə robotlara görə həyatını itirir.
Belə hadisələrdən ən acınacaqlısı idi Vanda Holbrukun (Wanda Holbrook) başına gəlib. 57 yaşındakı xanım Holbruk, Amerikanın Miçiqan ştatında avtomobil hissələri istehsal edən “Ventra Ionia” şirkətində robotik maşınların baxımı ilə məşğul olurdu.
Qəzanın meydana gəldiyi şöbə, bamperlərin, dartma bağların və xrom əhatəli plastiklərin istehsalı ilə məşğul idi. Hadisə anında xanım Holbruk, iki elementi qaynaq edən robotlara nəzarət edirdi. Çalışdığı bölgəyə isə robotlar sadəcə yük maşınları üçün lazım olan avadanlıqaları götürmək üçün gəlirdilər. Lakin bu dəfə fərqli hadisə baş verdi. Ərazidə olan robot üzərindəki 100-lərlə kiloqram ağırlığı olan qoşqu vasitəsilə Holbrukun başını əzdi. Digər işçilərin hadisədən xəbər tutduğu anda isə Holbruk ağır kəllə-beyin travmasından keçinmişdi. Şikayətdə isə 130-cu şobə işləyən robotun heç vaxt 140-cı şöbəyə girməməli olduğu önə çəkilir.
Yeniçağ.Az