Gələcəkdə əhalinin sıx yaşadığı meqapolislərdə şəxsi avtomobillər üçün dayanacaq imkanları getdikcə məhdudlaşacaq ki, bu da öz növbəsində bir tərəfdən ictimai nəqliyyat şəbəkəsini genişləndirməyi, digər tərəfdən isə yeni mobillik konsepsiyalarının tətbiqini tələb edir.
Yenicag.az xəbər verir ki, “Daimler” şirkəti şəhərlərdə əhalinin rahat hərəkətini təmin etmək üçün 2021-ci ildən etibarən sürücüsüz avtomobillərin – robot taksilərin kütləvi istehsalına başlayacaq. Bu barədə məlumatı nüfuzlu “Automobilwoche” (Avtomobil həftəsi) dərgisi yayıb.
Məlumatda bildirilir ki, robot taksilər ilkin mərhələdə ABŞ və Avropa bazarlarına çıxarılacaq, sonrakı mərhələdə isə Çin istiqaməti diqqət mərkəzində dayanacaq.
Beynəlxalq konsern ilkin mərhələdə 10 min ədəd robot taksi istehsal etmək niyyətindədir. İki ildir ki, “Daimler” iki ildir ki, robot taksilərin istehsalı ilə bağlı “Bosch” şirkəti ilə əməkdaşlıq edir./Azərtac/