Robotlar yeni iş yerləri yaradacaq

Süni intellektin cəmiyyətə təsiri açıqlanıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, “PwC” tədqiqat şirkəti verdiyi proqnoza görə, yeni texnologiyalar bazarın müəyyən seqmentlərində iş yerlərinin azalmasına səbəb olacağına baxmayaraq yenilərini yaradacaq.

Süni intellekt daha çox təhsil, elmi-texniki, informasiya və kommunikasiya, eləcə də ictimai iaşə sahələrində tətbiq ediləcək. Maliyyə sektoru, pərakəndə satış, tikinti, dövlət idarəçiliyi və digər sahələrdə isə iş yerlərinin azalmasına təsiri nisbətən zəif olacaq.

2017-ci ilədək say nisbətində təxminən 7 milyon iş yerinin azalması proqnozlaşdırılsa da, onun əvəzinə daha 7,2 milyon yaradılacaq.

Məsələn, tibb işçilərinin 12 faizi robotlarla əvəzlənəcək, lakin tibb sektorunda yeni iş yerlərinin sayı ümumilikdə 34 faiz təşkil edəcək.

COP29