Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Roma papa”larının sirri

482eb991100649bf7078a40316aa3be9Roma papası Fransis 28-30 noyabr tarixində Türkiyəyə səfər edəcək. Fransisin əvvəlki papalar kimi məhz bu tarixdə İstanbula gəlməsinin səbəbi maraq doğurur.

Türkiyə mətbuatının bildirdiyinə görə, bu tarixin sirri 30 noyabr 1964-cü ilə əsaslanır. Fransisin sələfi olan 16-cı Benedikt 8 il əvvəl 28 noyabrda Türkiyəyə gəlib. Ziyarətin əsil səbəbi isə 30 noyabrın Fənər-Rum Patriaxlığının (yunan) qurucusu olan Aziz Andreasın Yortu (müqəddəs həftə) günüdür.

Bildirilir ki, İstanbul-Rum patriaxı Atenaqoras ilə Papa 6-cı Paul 5 noyabr 1964- cü ildə Qüdsün Zeytun dağında görüşüblər. Görüşün ardından Katolik və Ortodoks kilsələri arasında buzlar əriyib. Kilsə liderlərinin tarixi müqaviləsi sevgi və inanc üçün qurulub. Bundan sonra isə həmin gün Vatikanda və İstanbulda qeyd olunur.

Buna görə də papalar Türkiyəyə səfərlərini məhz Rum Patriarxlığının qurucusu olan Aziz Havari Andreasın yortu gününə salırlar.

Qeyd edək ki, Roma Papası əvvəlcə Ankaraya gələcək və bir gün sonra İstanbula gedəcək.

(news.lent.az)

 

Loading...

www.yenicag.az

347