!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Roma Papası böyük tarixi yanlışlığa yol verib”

!Reklam – Yazi

11096845_10205427762566252_797006589_n“Roma Papasının açıqlaması xristian təəssübkeşliyinin bariz nümunəsidir. Din xadimi ədalətli olmalıdır, amma Papa bu ədaləti gözləmədi”.

Bunu Roma Papası I Fransiskin aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında qondarma erməni soyqırımı haqqında bəyanatla çıxış etməsinə münasibətində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva deyib.

DADP sədri bildirib ki, Roma Papası böyük tarixi yanlışlığa yol verib: “Onun qondarma erməni soyqırımını “soyqırım” kimi qiymətləndirməsi Vatikanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxara bilər. Artıq, papanın “soyqırım” təbiri işlətməsi rəsmi Ankaranın etirazına səbəb olub. Belə ki, papa Fransisin “soyqırım” ifadəsi işlədəcəyi barədə məlumat aldıqdan sonra Türkiyənin Vatikandakı səfirliyi bu gün keçirilməsi gözlənilən mətbuat konfransını ləğv edib. Türkiyə rəsmiləri onun mövqeyinə rəsmi münasibət bildiriblər. Papa düşünmədən, Türkiyənin dünyadakı nüfuz və mövqeyini nəzərə almadan ermənilərin tarixi oyununa dəstək verdi”.

F.Əliyeva onu da qeyd edib ki, qondarma erməni soyqırımı oynunun arxasında yalnız ermənilər dayanmır: “Bu Türkiyə və türk dünyasına qarşı yönələn bir siyasətin ssenarisidir ki, burada Qərbin bir sıra xristian dövlətləri də dayanır. Bu ssenari Türkiyəyə bir təzyiq formasıdır. Bəs nədən Vatikan ermənilərin azərbaycanlılara qarşı soyqırımlarına münasibət bildirməyib? Xatırlayırsınızsa, Xocalı soyqırımı ərəfəsində də istintaq təhlillərinə əsasən Vatikandan rus-erməni birləşmələrinə dəstək məktubunun gəldiyi bəlli olur. Bu məktub onları həvəsləndirmək üçün yazılmışdı. Orada Roma Papasının belə bir cümləsi var idi ki, “mən bir gün gəlib erməni şəhidlərinə baş əyəcəm”. 20 il əvvəl yazılan məktuba bu gün Papa qondarma erməni soyqırımı ifadəsini işlətməklə işğalçılara dəstəyini bir daha nümayiş etdirmiş oldu. Roma Papasının aprelin 24-də İrəvanda keçiriləcək anım mərasimə qatılacağı da onu deməyə əsas verir ki, o, orada “erməni şəhidlər “inə baş da əyəcək. Papanın bu bəyanatı 1915-ci il olaylarına ədalətsiz yanaşmanın isbatıdır”.

Partiya sədri Papanın bu mövqeyini pislədiyini və hər zaman Türkiyənin yanında olduqlarını bəyanlayıb.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv