Roma Papası ictimaiyyət qarşısına əlil arabasında çıxdı – FOTO

Roma Papası Fransisk dizindəki ağrılara görə ictimaiyyət qarşısına ilk dəfə əlil arabasında çıxıb.

Yenicag.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, Roma Papası 2021-ci ilin iyulunda yoğun bağırsağında əvvəlcədən planlaşdırılmış cərrahiyyə əməliyyatı keçirib.

O, 1936-cı il dekabrın 17-də Argentinanın Buenos Ayres şəhərində anadan olub.