Roma Papası İndoneziyaya 100 min dollar göndərdi

Roma Papası I Fransisk İndoneziyaya 100 min dollar məbləğində yardım göndərib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Roma Papası təbii fəlakətdən zərər çəkənlərə yaxın olduğunu bildirib.

Xatırladaq ki, İndoneziyanın Sulavesi adasında ard-arda baş vermiş zəlzələlər və sunami nəticəsində 1400-dən çox şəxs həlak olub.