“Roma” – “Qarabağ” matçına nə qədər bilet satılıb?

Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “Roma” klubunun qonağı olacaq.

Yenicag.az xəbər verir ki, artıq bu oyuna 35 min bilet satılıb. Oyuna qədər bu göstəricinin daha da artması gözlənilir.

Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü bu gün “Olimpiko” stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək.