“Roma” yeni transferini açıqladı

İtaliyanın “Roma klubu heyətini Aleksandr Kolarovla gücləndirib.

Yenicag.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə 3 illik sözləşmə imzalanıb. Bu keçidə görə paytaxt təmsilçisi İngiltərənin “Mançester Siti” klubuna 5 milyon avro ödəyib.

Qeyd edək ki, Kolarov 2010-cü ildən “Mançester Siti”də çıxış edirdi.

Yenicag.az