İtaliyanın paytaxtı Romada yüzminlərlə insan hökumət əleyhinə nümayişlərdə iştirak edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları hazırki hakimiyyətin həyata keçirdiyi siyasətinə qarşı şüarlar səsləndirib.
Aksiyaçıların tələbi isə iqtisadi islahatlatın həyata keçirilməsi olub. Onlar həyat şəraitinin yaxşılaşdırılmasını tələb edib.
Etirazçılar yeni pensiya islahatlarını da kəskin tənqid edərək lüzumsuz adlandırıb.