“Roma”nın baş məşqçisi Əfran İsmayılovdan danışdı: “Bizə köməyi dəyə biləcək…”

“Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsinin son matçı çərçivəsində baş tutan “Qarabağ”la matçdan danışıb.

Yenicag.az xəbər verir ki, italiyalı mütəxəssis Romada keçirilən oyunda Ağdam təmsilçisinin dəyişikliklərə əl atdığını bildirib:

“”Qarabağ” start heyətində dəyişiklik etmişdik. Oyun üslubuna bələd olmadığımız Əfran İsmayılov meydana start heyətdə çıxmışdı. Əfranın oyununu bir neçə dəqiqə ərzində Florentsi və Kolarova göstərdim. Oyun qaydalarımız yox, yalnız bizə köməyi dəyə biləcək xırda məqamlar rəqibə görə dəyişir. Rəqibin heyəti ilə bir qədər gec tanış olursan, amma bu, vacibdir. Rəqibin bizə qarşı hansı heyətlə oynayacağını bilməliyik”.

Qeyd edək ki, tərəflər arasında də Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Qurban Qurbanov Əfran İsmayılovu “18-lik” heyətə daxil etməmişdi.

COP29