Ronaldo tarix yazdı – Bunu bacaran ilk futbolçudur

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo tarix yazıb.

Yenicag.az xəbər verir ki, Dortmund “Borussiya”sı ilə oyunda fərqlənən portuqaliyalı Çempionlar Liqasının qrup mərhələsində keçirilən altı oyunun hamısında qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, Ronaldo hazırda 9 qolla ÇL-in bombardiridir.