Ronaldinyo müflis olub? – Bank hesabında 12 manat qalıb

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyonun pasportu əlindən alınıb.

Yenicag.az xəbər verir ki, onun icazəsiz tikintiyə başlaması “sambaçı”ya baha başa gəlib.

Bu səbəbdən futbolçu 1 milyon 750 min funt-sterlinq dəyərində cərimələnib.

Lakin araşdırmalar nəticəsində Ronaldinyonun bank hesabında cəmi 5 (12 manat) funt-sterlinqin qaldığı məlum olub. Bu səbəbdən Ronaldinyonun pasportu əlindən alınıb. O, kəsilən cəriməni ödəməyənədək ölkədən çıxa bilməyəcək.