Braziliya milli futbol komandasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo saxta pasportla tutulub.
Yenicag.az xəbər verir ki. Ronaldinyo Paraqvaya daxil olmaq üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.
Martın 4-də axşam saatlarında idmançının qaldığı otel otağında axtarış aparılıb. Polis Ronaldinyo və onun böyük qardaşı Robertonun adına saxta pasport aşkar edib.
Onların hər ikisi hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətindədir və bu gün prokurorluqda ifadə verəcəklər.
Qeyd edək ki, Ronaldinyo vergidən yayındığına görə xarici pasportdan məhrum edilib./Oxu.az/