Ronaldinyonun anası koronavirusdan vəfat etdi

Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı 40 yaşlı keçmiş hücumçu tvitter profilində qara foto qoyub.

Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.