“Kruzeyro” klubu Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyonun oğlu Juan Mendeslə müqavilə bağlayıb.
Yenicag.az-ın məlumatına görə, 14 yaşlı oyunçu ilə 6 illik anlaşma əldə olunub. O, hələlik klubun yeniyetmələrdən ibarət komandalarında çıxış edəcək.
Qeyd edək ki, Joao Mendes de Assis Moreyra 22 fevral 2005-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində doğulub. 1,78 metr boya malik oyunçu ötən ilin avqustundan “Kruzeyro”nun gənclər komandalarında rəsmi müqaviləsiz çıxış edib.