Ronaldo 2,56 m hündürlükdən qol vurdu – FOTO

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi göstəriciyə imza atıb.

Yenicag.az xəbər verir ki, A seriyasının XVII turunun “Sampdoriya” ilə qarşılaşmasında qol sevinci yaşayan portuqaliyalı hava mübarizəsindəki “uçuş”u ilə diqqət çəkib.

Komandasına 2:1 hesablı qələbə qazandıran qolu vurarkən K.Ronaldo yerdən 71 sm havaya yüksəlib. O, 2,56 m hündürlükdə olan topa toxunub.

Qeyd edək ki, portuqaliyalı “Yuventus”un ardıcıl 5-ci oyununda qol sevinci yaşayıb./Apasport/