Portuqaliya millisinin və Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo 4-cü dəfə ata olub.
Yenicag.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu şəxsi “İnstagram” hesabında paylaşım edib.
O, yeni doğulan qızına Alana Martina adı verib.
Qeyd edək ki, Ronaldonun Kriştianino adlı 7 yaşlı oğlu, Yeva və Mateo adlı isə 5 ay əvvəl dünyaya gələn əkizləri var.