Ronaldo “Ayaks”a qarşı oynayacaq?

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın futbolçusu Kriştiano Ronaldonun zədəsinin son durumu ilə bağlı məlumat verib.

Yenicag.az xəbər verir ki, o, portuqaliyalı hücumçunun Çempionlar Liqasının 1/4 finalında “Ayaks”la ilk matçı buraxa biləcəyini təsdiqləyib: “Ronaldo yaxşıdır. Artıq bəzi hərəkətlər etməyə başlayıb. Amma o, hələ qayıtmayacaq. Ronaldo “Ayaks”la matçı buraxa bilər. Özünü yaxşı hiss etməsə, oynamayacaq. Biz ehtiyatlı davranmalıyıq. Çünki mövsümün əsas mərhələsinə yaxınlaşmışıq. Ronaldo nə vaxt 100 faiz hazır olsa, onda oynayacaq”.

Qeyd edək ki, portuqaliyalı hücumçu zədə səbəbindən İtaliya A Seriyasında “Empoli”, “Kalyari” və “Milan”la görüşləri buraxmalı olacaq.