Ronaldo Bakıya gələ bilər

“Kriştiano Ronaldonu Bakıya gətirə bilərik”.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında “Beşiktaş”ın prezidenti Fikrət Orman deyib. “Real”ın ulduzu Kriştiano Ronaldo gələn il Bakıya gələ bilər.

Orman açıqlamasında gələcək layihələrdən söz açıb. İki gün öncə Azərbaycan “Beşiktaş”lılar Dərnəyi tərəfindən adına təşkil olunan turnirin açılış mərasimi üçün Bakıya gələn Orman sentyabrda paytaxtımızda “Qarabağ”la yoldaşlıq oyunu keçiriləcəklərini bildirib:

“Bu il Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Bu münasibətlə sentyabrda Bakıda yoldaşlıq oyunu keçirəcəyik. Gələn il Ronaldonu da Bakıya gətirə bilərik”.